EUR/AUD: 1.56A$-a kimi ucuzlaşa bilər

03 Aprel 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarının bahalaşması "Ayıların" EUR/AUD məzənnəsinə olan marağının da artmasına səbəb olub.

EUR/AUD: 1.56A$-a kimi ucuzlaşa bilər

EUR/AUD məzənnəsində başlayan ucuzlaşma dalğası investorların diqqət mərkəzində və ucuzlaşmanın dərinləşə biləcəyi proqnozları artıb. 


Bu gün Asiya sessiyasında Avstraliya iqtisadiyyatı ilə bağlı müsbət fundamental göstəricilərin açıqlanmasından sonra Avstraliya dolları avroya nisbətən bahalaşmağa başlasa da bu tendensiya Avropa sessiyasında Avrozona iqtisadiyyatına dair müsbət fundamental göstəricilərin yayımlanması ilə zəifləməyə başladı. 


Təhlillərə əsasən, EUR/AUD məzənnəsi 1.5764A$-ı aşağı istiqamətdə qırarsa, 1.5713 və 1.5607A$-a kimi də ucuzlaşa bilər.