EUR/AUD: 1.62A$-a kimi bahalaşma proqnozları artıb

13 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun Avstraliya dollarına nisbətən məzənnəsində müşahidə edilən bahalaşma, artım proqnozları gücləndirib.

EUR/AUD: 1.62A$-a kimi bahalaşma proqnozları artıb

EUR/AUD valyuta cütlüyünün qiymətində Amerika sessiyasında müşahidə edilən bahalaşma investorlar tərəfindən böyük maraqla izlənilməkdə. 


Təhlillərə əsasən, Avro/Avstraliya dolları məzənnəsi bahalaşaraq, 1.6038A$-nı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.6121 və 1.6153A$-a kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir.