EUR/AUD: Ucuzlaşmada dərinləşmə proqnozları

15 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avronun qiymətində müşahidə edilən dalğalanma EUR/AUD məzənnəsinə olan marağın da artmasına səbəb olmaqdadır.

EUR/AUD: Ucuzlaşmada dərinləşmə proqnozları

EUR/AUD məzənnəsində müşahidə edilən ucuzlaşma 1.5952A$-ı aşağı istiqamətdə qırarsa, keçən həftə müşahidə edilən ucuzlaşmanın dərinləşə biləcəyi proqnozlarını artırıb. 


Təhlillərə əsasən, Avro/Avstraliya dolları 1.5952A$-ı aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1.5894A$-a kimi də ucuzlaşa bilər. 


Qiymət sonuncu səviyyənin altında da qalarsa, ucuzlaşma uzun müddətli perpektivdə 1.5830A$-a kimi də davam edə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.