EUR/CAD, GBP/CAD ucuzlaşıb, CAD/CHF bahalaşıb

05 Sentyabr 2018

Beynəlxalq valyuta birjalarında Avropa sessiyasında avro, funt sterlinq və isveç frankının Kanada dollarına nisbətdə ucuzlaşdığı müşahidə edilir.

EUR/CAD, GBP/CAD ucuzlaşıb, CAD/CHF bahalaşıb

Son günlər Canada dollarının bahalaşması, çərşənbə günü Avropa sessiyasında EUR/USD 1.52C$-ına kimi və GBP/USD 1.69C$-ına kimi 0.2% ucuzlaşmasına, CAD/CHF məzənnəsinin isə 0.74Fr-a kimi 0.1% bahalaşmasına səbəb olub. 


ABŞ ilə Kanada arasında münasibətlərin diqqət mərkəzinə düşməsi volatilliyi artırıb. 

Sözügedən maliyyə alətlərində volatilliyin artmasına səbəb bu gün Amerika ilə Kanada arasında son günlər dünya mediasında sıx işıqlandırılan "NAFTA" ticarət sazişi şərtlərinin yenidən razılaşdırılması danışıqlarının növbəti dəfə baş tutmasıdır. 


ABŞ höküməti bugünə kimi "NAFTA" ticarət sazişinin ədalətsiz razılaşdırıldığını əsas gətirərək, yenidən müzakirələrə başlayıb. Meksika ilə Amerika arasında artıq razılıq əldə olunub və Kanada ilə də keçən həftənin cümə gününə kimi razılığın əldə olunması ilə bağlı maliyyə bazarlarında açıqlamalar gözlənilirdi. Lakin əksi baş verdi. Buna qarşılıq olaraq isə Donald Tramp Kanada ilə əlaqələrini sərtləşdirəcəyini bildirmişdir. Kanadanın baş naziri isə öz növbəsində ölkəsinin maraqlarına qarşı qərar verməyəcəyini vurğulamışdır. Bundan sonra bu iki ölkə arasında münasibətlər gərgin vəziyyətdədir və bazar iştirakçıları arasında qeyri-müəyyənlik hökm sürür. 


Dolların təzyiq altında olması Kanada dollarının bahalaşmasına təsir edir. 

Meksika ilə ABŞ arasında razılığın əldə olunması ilə bağlı xəbərlərdən sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlamışdır. Lakin Kanada ilə bağlı razılığın uzanması, dolların bahalaşması dinamikasının zəifləməsinə təsir etmiş, dünən Amerika sessiyasında isə 0.5%-ə kimi ucuzlaşmışdır. USD/CAD məzənnəsində də 1.32C$-ına kimi ucuzlaşma müşahidə edilib.


Beləliklə, Kanada dolları ABŞ dollarına qarşı bahalaşmaqla yanaşı, avro, funt sterlinq və isveç frankına qarşı da dəyər qazanıb. Belə ki, EUR/USD 1.52C$-ına kimi və GBP/USD 1.69C$-ına kimi ucuzlaşıb, CAD/CHF məzənnəsi isə 0.74Fr-a kimi bahalaşıb. 


USD/CAD məzənnəsində gələcək trend diqqət mərkəzində. 

Maliyyə alətlərində gələcək tendensiya isə bu gün danışıqların növbəti mərhəsi fonunda veriləcək açıqlamalardan asılıdır və investorların diqqət mərkəzində saxlanılır.