EUR/CHF 1.1406 franka kimi bahalaşa bilər

13 Mart 2019

Foreks bazarlarında avro bahalaşması və frankın ucuzlaşmasının 1.1406 səviyyəsinə kimi davam edə biləcəyi proqnozlaşdırılır.

EUR/CHF 1.1406 franka kimi bahalaşa bilər

EUR/CHF məzənnəsində həftənin başlaması ilə müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir və bu, maliyyə bazarlarında məzənnənin əlavə olaraq 1.1406 franka kimi də bahalaşacağı proqnozlarını da gücləndirir. 


Bazar ertəsi Avro/Frank valyuta cütlüyünün qiyməti 0.5% bahalaşdıqdan sonra çərşənbə axşamı 1.1347 franka kimi korreksiya etməklə, Amerika və bu gün Avropa sessiyasında artım dalğasını yenidən bərpa edib. 


Təhlillərə əsasən, EUR/CHF qiyməti 1.1384 frankı yuxarı istiqamətdə qırarsa, 1.1406 franka kimi bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi.