EUR/CHF məzənnəsində 1.13 frank proqnozu

08 Aprel 2019

Beynəlxalq valyuta birjalarında avroya olan tələbin artması EUR/CHF məzənnəsinə olan diqqətin də artmasına səbəb olmaqdadır.

EUR/CHF məzənnəsində 1.13 frank proqnozu

EUR/CHF məzənnəsi Asiya sessiyasında 1.12 frankda dəstək görərək, bahalaşmağa başlayıb və foreks bazarlarında qiymətin 1.13 franka kimi də bahalaşa biləcəyi proqnozları artmaqdadır. 


Dünya maliyyə bazarlarında aparıcı valyutalar arasında avroya olan tələbin artması, özünü EUR/CHF məzənnəsində də göstərməkdədir. 


Təhlillərə əsasən, Avronun qiyməti 1.1242 frankı yuxarı istiqamətdə qıraraq üzərində möhkəmlənərsə, 1.1291 franka kimi də bahalaşa bilər.