EUR/CHF: Ucuzlaşma 1.13 franka kimi davam edə bilər

19 Fevral 2019

Beynəlxalq valyuta birjalarında İsveçrə frankının bahalaşması, treyderlərin diqqət mərkəzindədir və EUR/CHF məzənnəsi 1.1270 franka kimi ucuzlaşa bilər.

EUR/CHF: Ucuzlaşma 1.13 franka kimi davam edə bilər

EUR/CHF məzənnəsinin Avropa sessiyasında 1.1373 franka kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 


Dünya valyuta birjalarında hal-hazırda 1.1341 franka ticarət edilən Avro/Frank valyuta cütlüyünün qiyməti müqavimət səviyyəsi altında qaldıqca, 1.1331 və 1.1322 franka kimi də ucuzlaşa bilər. 


Təhlillərə əsasən, EUR/CHF məzənnəsi sonuncu səviyyənin də altında qalarsa, 1.1307, 1.1283 və 1.1270 franka kimi davam edə bilər. 


Beynəlxalq valyuta birjalarında dolların da ucuzlaşması, franka olan tələbin artmasına təsir edə bilər. Bu baxımından USD/CHF məzənnəsi də diqqət mərkəzində saxlanılmalıdır.