EUR/GBP 0.87 funta kimi ucuzlaşa bilər

19 Fevral 2019

Dünya valyuta birjalarında avro və funtun qiymətlərində müşahidə edilən bahalaşma, EUR/GBP məzənnəsinə də diqqətin artmasına səbəb olur.

EUR/GBP 0.87 funta kimi ucuzlaşa bilər

EUR/GBP məzənnəsi fevral ayının əvvəlindən bahalaşmağa başlasa da 0.88-0.89 funt aralığında güclü müqavimətlə rastlaşdığı müşahidə edilir. Maliyyə bazarlarında avronun funta nisbətən məzənnəsinin ucuzlaşa biləcəyi proqnozları da güclü olaraq qalır. 


Təhlillərə əsasən, EUR/GBP valyuta cütlüyünün qiyməti keçən həftənin önəmli dəstək səviyyəsinə - 0.8727 və 0.8702 funda kimi davam edə bilər. Bundan sonra qiymət sonuncu səviyyənin də altında qalarsa, eniş dalğası 0.8617 funta kimi sürətlənə bilər. 


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hal-hazırda dünya birjalarında dolların ucuzlaşması fonunda avro və funtun, hər ikisinin qiymətində bahalaşma müşahidə edilməkdədir. Bu, EUR/GBP məzənnəsində dalğalanmanın zəif və ucuzlaşma tendensiyasının çətin davam edə biləcəyinə işarədir.