EUR/GBP: Bahalaşma proqnozları haqqında

07 Mart 2019

Avro/Funt valyuta cütlüyünün qiymətində müşahidə edilən ucuzlaşmanın bahalaşma ilə əvəz edilə biləcək proqnozları güclü olaraq qalır.

EUR/GBP: Bahalaşma proqnozları haqqında

EUR/GBP məzənnəsi 0.8645 funta kimi bahalaşdıqdan sonra güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Foreks bazarlarında hal-hazırda 0.8585 funtun üzərində ticarət edilən məzənnənin, yenidən bahalaşa biləcəyi proqnozları da güclü olaraq qalır.


Təhlillərə əsasən, EUR/GBP məzənnəsi keçən həftənin dəstək səviyyəsi (0.8530 funt) üzərində qaldıqca, 0.8690 funta kimi də bahalaşa bilər. Lakin bu istiqamətdə 0.8647 funtun yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransında gələcək planlara dair veriləcək açıqlamalar da investorların diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, 0.8557 dəstək səviyyəsinin qırılması da bahalaşma proqnozlarının azalmasına və qlobal eniş dalğasının bərpa oluna biləcəyi proqnozlarını gücləndirəcəkdir.