EUR/GBP: Eniş dalğası 0.84 funta kimi davam edə bilər

26 Mart 2019

Dünya valyuta birjalarında Avropa sessiyasında avronun funta nisbətən məzənnəsində müşahidə edilən ucuzlaşma dalğası "Ayılar" üçün imkanlar yaradıb.

EUR/GBP: Eniş dalğası 0.84 funta kimi davam edə bilər

EUR/GBP məzənnəsində Avropa sessiyasında başlayan sürətli ucuzlaşma dalğası, keçən həftənin önəmli dəstək səviyyələrini qırmaqla, daha sürətli ucuzlaşma proqnozlarını da gücləndirib.


Təhlillərə əsasən, Avro/Funt valyuta cütlüyünün qiyməti 0.8508 funtu aşağı istiqamətdə qırarsa, eniş dalğası mərhələli şəkildə 0.8471, 0.8457, 0.8412 və 0.8358 funta kimi də davam edə bilər. 


Çərşənbə günü Böyük Britaniya parlamentində planlaşdırılan Breksit alternativləri səsverməsi də investorların diqqət mərkəzindədir.