EUR/GBP: Korreksiya hədəfləri haqqında

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avronun qiymətində müşahidə edilən bahalaşma, özünü EUR/GBP məzənnəsində də göstərməkdədir.

EUR/GBP: Korreksiya hədəfləri haqqında

EUR/GBP məzənnəsi çərşənbə günü 0.8528 funta kimi ucuzlaşdıqdan sonra dəstək görərək, 0.8588 funta kimi bahalaşıb. Lakin maliyyə bazarlarında bahalaşma uzun müddətli perspektivdə korrektiv qiymətləndirilir və eniş dalğasının yenidən bərpa oluna biləcəyi proqnozları güclü olaraq qalmaqdadır.


Təhlillərə əsasən, cari bahalaşma Avro/Funt valyuta cütlüyünün qiyməti 0.8551 funt üzərində qaldıqca, 0.8606 funta kimi davam edə bilər. Eniş dalğası fonunda korreksiyanın 0.8647C$-a kimi də yüksələ biləcəyi proqnozları da diqqət mərkəzindədir. 


Qlobal eniş dalğasının bərpasından danışmaq üçün isə 0.8551 funtun aşağı istiqamətdə qırılması ilkin siqnal olacaqdır.