EUR/GBP: 0.87 funta kimi bahalaşma proqnozları

05 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında avronun funta nisbətən məzənnəsində müşahidə edilən bahalaşma, treyderlərin diqqət mərkəzindədir.

EUR/GBP: 0.87 funta kimi bahalaşma proqnozları

EUR/GBP məzənnəsi bazar ertəsi 0.8557 funtda dəstək görərək, bahalaşmağa başlayıb. Beləliklə, maliyyə bazarlarında qiymətin 0.8674 funta kimi bahalaşa biləcəyi proqnozları artıb. 


Təhlillərə əsasən, Avro/Funt valyuta cütlüyünün qiyməti 0.8622 funtu yuxarı istiqamətdə qırarsa, 0.8651 funta kimi bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 13:30-da müvafiq olaraq açıqlanacaq Avrozona və İngiltərənin xidmət sektorlarında biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir.