EUR/GBP məzənnəsində bahalaşma proqnozları

01 Aprel 2019

Beynəlxalq valyuta birjalarında aparıcı valyutalar arasında avroya olan tələb artmağa başlayıb və 0.87 funta kimi də bahalaşa bilər.

EUR/GBP məzənnəsində bahalaşma proqnozları

EUR/GBP məzənnəsi keçən həftə ərzində 0.8648 funta kimi bahalaşmadan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Maliyyə bazarlarında isə qiymət keçən həftənin dəstək səviyyəsi üzərində qaldıqca, bahalaşmanın bərpa oluna biləcəyi proqnozları güclü olaraq qalır. 


Təhlillərə əsasən, Avronun qiyməti 0.8648 funtu yuxarı istiqamətdə qırarsa, 0.8670 və 0.8722 funta kimi də bahalaşa bilər. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan açıqlanacaq önəmli fundamental məlumatlar və Böyük Britaniya parlamentində keçiriləcək alternativ Breksit planı səsverməsi də investorların diqqət mərkəzindədir.