EUR/GBP məzənnəsində bahalaşma və proqnozlar

20 Fevral 2019

Dünya valyuta birjalarında Avrozona iqtisadiyyatına dair müsbət məlumatların yayılması, EUR/GBP məzənnəsinə də diqqətin artmasına səbəb olur.

EUR/GBP məzənnəsində bahalaşma və proqnozlar

EUR/GBP məzənnəsi fevral ayının əvvəlindən bahalaşmağa başlasa da 0.88-0.89 funt aralığında güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başladığı müşahidə edilir. Avro/Funt məzənnəsi çərşənbə axşamı 0.8672 funta kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, EUR/GBP valyuta cütlüyünün qiyməti bahalaşaraq, 0.8693 funtu yuxarı istiqamətdə qırarsa,  0.8711 funta kimi bahalaşa bilər.


Qiymət sonuncunun üzərində möhkəmlənərsə, 0.8736 və 0.8775 funta kimi də bahalaşmanın sürətlənə biləcəyi proqnozlaşdırılır.