EUR/GBP məzənnəsində ciddi satış siqnalları

03 Aprel 2019

Beynəlxalq valyuta birjalarında funtun qiymətlərində müşahidə edilən bahalaşma EUR/GBP məzənnəsinə olan marağı da artırıb.

EUR/GBP məzənnəsində ciddi satış siqnalları

EUR/GBP məzənnəsində ucuzlaşma investorların diqqət mərkəzindədir və ciddi satış siqnallarını artırıb. 


Beynəlxalq maliyyə bazarlarında sazişsiz Breksit riskinin azalması, funtun Avropa sessiyasında bahalaşmasına səbəb olub. İngiltərə baş naziri sonuncu dəfə Breksit sazişinin parlamentdə qəbul olunmayacağı təqdirdə AB-dən sazişsiz ayrılacaqlarını bildirməsi güclü müqavimətlə rastlaşmasına səbəb olmuşdur. Bundan sonra sazişsiz Breksitin qarşısını alan qanun layihəsinin hazırlanması və təqdim edilməsi, hökümət başçısını müxalifət ilə yenidən danışıqlara girməsinə səbəb olub və Brüsseldən Breksit tarixinin uzadılmasını tələb edəcəyini bildirib. 


Təhlillərə əsasən, Avronun qiyməti 0.8500 funtu aşağı istiqamətdə qırarsa, 0.8410 funta kimi də ucuzlaşa bilər.