EUR/GBP məzənnəsində ucuzlaşma

15 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən qeyri-müəyyənlik, treyderlərin alternativ alətlərə marağını artırıb.

EUR/GBP məzənnəsində ucuzlaşma

EUR/GBP məzənnəsi fevral ayının əvvəlindən bahalaşmağa başlasa da 0.88-0.89 funt aralığında güclü müqavimətlə rastlaşdığı müşahidə edilir. Maliyyə bazarlarında avronun funta nisbətən məzənnəsinin ucuzlaşa biləcəyi proqnozları da güclü olaraq qalır. 


Təhlillərə əsasən, EUR/GBP valyuta cütlüyünün qiyməti keçən həftənin önəmli dəstək səviyyəsini (0.8727) aşağı istiqamətdə qırarsa, Amerika sessiyasında başlatdığı eniş dalğasının 0.8617 funta kimi dərinləşə biləcəyi proqnozlaşdırılır. 


Bu istiqamətdə qısa müddətli perspektivdə hal-hazırda 0.8796 funta ticarət edilən məzənnənin, 0.8770 səviyyəsinin aşağı istiqamətdə qırılması və altında qalması önəmli rol oynayacaqdır.