EUR/GBP məzənnəsində yeni minimumlar

12 Mart 2019

Foreks bazarlarında funtun bahalaşması, avroya olan məzənnəsində də özünü göstərməkdədir və EUR/GBP 0.84 funta kimi ucuzlaşa bilər.

EUR/GBP məzənnəsində yeni minimumlar

EUR/GBP məzənnəsi dünya valyuta birjalarında funtun bahalaşması fonunda mart ayının önəmli dəstək səviyyəsi sayılan 0.8528 funtun aşağı istiqamətdə qırılması ilə nəticələnib. 


Breksit planının bu gün İngiltərənin aşağı palatasından səs verməyə çıxarılmasına bir gün qalmış, bazar ertəsi İngiltərə höküməti ilə Avropa Birliyi arasında mübahisəli müzakirə predmeti olan "backstop" maddəsinə dəyişiklik razılaşdırılıb. Bu maliyyə bazarlarında müsbət xəbər kimi dəyərləndirilərək, funta olan tələbin artmasına səbəb olub.


Təhlillərə əsasən, Avro/Funt valyuta cütlüyünün qiyməti 0.8474 funtu aşağı istiqamətdə qırarsa, 0.8412 və 0.8358 funta kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın yanvar ayı üzrə iqtisadi inkişaf dinamikası, sənaye və xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də treyderlərin diqqət mərkəzindədir.