EUR, GBP, Qızıl və FED

29 Yanvar 2020

Dünya birjalarında avro və funt üzrə ucuzlaşma proqnozları gündəmdə qalmaqdadır. Qızılın yenidən bahalaşacağı ehtimalları da diqqət mərkəzindədir.

EUR, GBP, Qızıl və FED

Avro və Funt üzrə ucuzlaşma proqnozları gündəmdə. 

Son günlər dünya ticarətində risklərin artmasına səbəb olan virusun yayılması, avro və funt sterlinqin ucuzlaşmasına səbəb olmaqdadır. Əlvan metallar bazarlarında da qızıla olan tələb maksimum səviyyələrdədir. 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.11$-ın altına qaldıqca, 1.09$, GBP/USD məzənnəsi isə 1.30$-ı qırarsa, 1.29$-a kimi ucuzlaşa bilər. 


Qızılın yenidən bahalaşacağı proqnozları. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1562$-ın üzərində qaldıqca, yenidən bahalaşacağı proqnozlaşdırılır. 

Qeyd etmək lazımdır ki, çərşənbə axşamı virusun nəzarət altına götürülməsi üçün dərmanın tapılması xəbərlərinin yayılması, qızılın ucuzlaşmasına səbəb olmuşdu. 


FED-in önəmli açıqlamaları olacaqdır. 

Bununla yanaşı, bu gün axşam saatlarında FED-in faiz qərarının açıqlanmasından sonra Bakı vaxtı ilə saat 12-nin yarısında baş tutatacaq mətbuat konfransında, bank sədrinin verəcəyi açıqlamaları da investorların diqqət mərkəzində olacaqdır.


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%