EUR/GBP: Ucuzlaşma başladı

11 Mart 2019

Beynəlxalq valyuta birjalarında Almaniya ilə bağlı fundamental məlumatların mənfi açıqlanması, EUR/GBP məzənnəsinin ucuzlaşmasına səbəb olub.

EUR/GBP: Ucuzlaşma başladı

EUR/GBP məzənnəsi cümə günü Avropa mərkəzi bankının monetar siyasətinə dair yeni qərarlar açıqlamasından sonra 0.8654 funta kimi bahalaşmışdır. Bahalaşma yeni həftənin ilk sessiyasında da davam etsə də 0.8662 funtda müqavimətlə rastlaşıb və 0.8639 funta kimi ucuzlaşıb. 


Almaniyanın sənaye istehsalı ilə bağlı fundamental göstəricilərin zəif açıqlanmasından sonra foreks bazarlarında avronun qiymətlərinə qarşı təzyiqlər daha da artıb. 


Təhlillərə əsasən, qiymət 0.8662 səviyyəsinin altında qaldıqca, 0.8626 səviyyəsinə kimi də ucuzlaşa bilər. 


Avro/Funt məzənnəsi sonuncu səviyyənin də altında qalarsa, 0.8611 və 0.8579 funta kimi ucuzlaşma proqnozları da arta bilər.