16.03.2020 EUR, GBP ucuzlaşması və Qızılda bahalaşma

16.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

16.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



FED-in ikinci faiz azaldılması qərarı və EUR. 

Beynəlxalq valyuta birjalarında FED-in bazar ertəsi uçot faizini 0.25%-ə kimi azaltması və aparıcı dövlətlərin mərkəzi bankları tərəfindən dollar kreditlərini asanlaşdırmaları qərarına dair xəbərlər, EUR/USD məzənnəsinin ucuzlaşması dinamikasının zəifləməsinə səbəb olub. Yuxarıdakılara baxmayaraq, avro 1.12$-ın altında qaldıqca, ucuzlaşmaqda davam edə biləcəyi proqnozları yüksək olaraq qalır. 


GBP/USD məzənnəsi də təzyiq altında. 

GBP/USD məzənnəsində də ucuzlaşma dinamikası zəifləyib. Lakin burada da təhlillər onu göstərir ki, 1.22$-ın qırılması ilə GBP/USD məzənnəsində ucuzlaşma dərinləşəcəkdir. 

Qeyd etmək lazımdır ki, İngiltərədə inflyasiya və iqtisadi inkişafın daha da azalması proqnozlaşdırılır. 


Qızıla tələb yenidən arta bilər. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti yenidən 1524$-da (49 $/qram) dəstək görərək, bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 1575$-ın (50.6 $/qram) qırılması ilə yenidən bahalaşmağa başlaya bilər və növbəti ən yaxın hədəflər 1610 (51.8 $/qram) və 1650$-dır (53.1 $/qram).