EUR, GBP və Brent daha da bahalaşa bilər

11 Oktyabr 2019

Breksit və ABŞ-Çin ticarət danışıqlarına dair verilən müsbət şərhlər, avro, funt və neftin bahalaşmaqda daha da davam edə biləcəyinə əsas verir.

EUR, GBP və Brent daha da bahalaşa bilər

EUR, GBP və Brentdə bahalaşma. 

Beynəlxalq valyuta birjalarında Breksit və ABŞ-Çin ticarət danışıqlarına dair verilən müsbət şərhlər avro, funtun və neftin bahalaşmasına, qızılın isə ucuzlaşmasına səbəb olub. 

1.10$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsinin 1.1060$, 1.24$-ın üzərində dalğalanan GBP/USD məzənnəsinin 1.2580$, Avropanın Brent markalı neftinin qiyməti isə 61$-a kimi dəyər qazana bilər. 


Qızılda ucuzlaşma. 

Əlvan metallar bazarlarında isə qlobal siyasi və iqtisadi risklərin azalması gözləntilər, qızılda ucuzlaşmaya səbəb olub. Bir unsiya üzrə qiymətin 1484$-a kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.