04.11.2019 EUR, GBP və BRENT-də bahalaşma

04.11.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

04.11.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR və GBP qiymətlərində bahalaşma proqnozları. 

EUR/USD məzənnəsi ticarətə noyabr ayına son iki ayın maksimum seviyyələrində başlayıb və yeni həftənin ilk sessiyasında da cari səviyyələrdə ticarət edilməkdədir. Buna səbəb Avropa Birliyi ilə İngiltərə arasında Breksit sazişinin razılaşdırılması və Amerika Mərkəzi Bankının (FED) açıqlamaları idi. Amerikada hökümətin tələb etdiyi kimi artıq faiz artımı deyil, faiz azaldılması gündəmdədir. Təhlillərə əsasən, avro 1.11$-ın üzərində qaldıqca, 1.12$-a kimi də bahalaşa bilər. 

Breksit sazişinin razılaşdırılması GBP/USD məzənnəsi üzrə bahalaşma proqnozlarına da müsbət təsir etməkdədir. Böyük Britaniyada dekabrın 12-də keçiriləcək növbədən kənar parlament seçkisi öncəsi burada qeyri-müəyyənlik hökm sürsə də 1.32$-a kimi bahalaşma proqnozları aktuallığını qorumaqdadır. 


Neftə olan tələb yenidən artır. 

Cümə günü ABŞ ilə Çin arasında ticarət sazişinin birinci mərhələsi üzrə razılaşmanın imzalanacağına dair yayılan müsbət xəbərlər, özünü enerji birjalarında neft qiymətlərində də tapmaqdadır. Belə ki, Brent markalı neftin bir barel qiyməti 61$-a kimi dəyər qazanıb və bu, qiymətin 63$-a kimi də dəyər qazanacağı proqnozlarını gücləndirib.