EUR, GBP və GOLD 1% bahalaşıb

14 Mart 2018

Çərşənbə axşamı ABŞ-da inflyasiya ilə bağlı qarışıq göstəricilərin açıqlanmasından sonra foreks bazarlarında dollar ucuzlaşmağa başlayıb.

EUR, GBP və GOLD 1% bahalaşıb

Avro 1.24$-a kimi bahalaşdı. 

Dünya birjalarında EUR/USD məzənnəsi artıq 1.2411$-a kimi 1% bahalaşıb və 1.2446$-ın yuxarı istiqamətdə qırılması ilə artım dalğası 1.2550$-a kimi də güclənə bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər açıqlanacaqdır.


GBP 1.40$-a kimi bahalaşıb. 

GBP/USD məzənnəsi isə 1.3995$-a kimi 1% bahalaşıb. Burada da təhlillərə əsasən, qiymət 1.3914$-ın üzərində qaldıqca, bahalaşmanın 1.4103$-a kimi davam edəcəyi proqnozlaşdırılır.


Qızıl qiymətləri 1327$-ın üzərində. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1327$-ın üzərində təklif edilir və 1341$-a kimi bahalaşa biləcəyi proqnozları aktual olaraq qalır.