EUR, GBP və Qızılda bahalaşma proqnozlaşdırılır

13 Fevral 2018

Son iki həftə ərzində 4%-ə kimi ucuzlaşan maliyyə alətlərində, cari həftə ərzində 3%-ə kimi korreksiya proqnozlaşdırılır.

EUR, GBP və Qızılda bahalaşma proqnozlaşdırılır

Avro 1.23$-ın üzərində təklif edilir. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.23$-a ticarət edilməkdədir və təhlillərə əsasən, qiymət 1.2284$-ın üzərində möhkəmlənərsə, 1.2434$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.


Funtun qiymətində dalğalanma arta bilər. 

İngiltərə funt sterlinqin qiyməti də 1.38$-ın üzərində ticarət edilməkdədir və 1.41$-a kimi bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da yayımlanacaq İngiltərənin inflyasiya ilə bağlı fundamental göstəricilərin də məzənnəyə güclü təsir edəcəyi gözlənilir.


Qızılın qiyməti 1326$-ı qırmaq üzrə. 

Əlvan metallar bazarlarında isə qızıl qiymətlərində bu həftə bahalaşmanın şahidi ola bilməyimiz üçün yenidən 1326$-ın üzərində möhkəmlənməsi önəmli şərtlərdəndir. Hal-hazırda 1325$-ın üzərində təklif edilən qızıl fyuçersləri, bundan sonra 1343$-a kimi dəyər qazana bilər.