13.03.2020 EUR, GBP və Qızılda ucuzlaşma

13.03.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

13.03.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avropa Mərkəzi Bankının açıqlamaları və EUR. 

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamalarından sonra EUR/USD məzənnəsində ucuzlaşma müşahidə edilib. 

Amerika sessiyasında 1.12$-a kimi dəstək alan məzənnə, ümumilikdə 1.13$-ın altında qaldıqca, yenidən ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. 


GBP/USD məzənnəsi də ucuzlaşmaqdadır. 

Nəticədə dollara olan tələbin yenidən artması, GBP/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olub və burada da qiymət 1.27$-ın altında qaldıqca, 1.22$-a kimi ucuzlaşa bilər. 

Bununla yanaşı, Breksit fonunda İngiltərə ilə Avropa Birliyi arasında ticarət sazişi danışıqları da ləğv edilib və danışıqların video konfranslarla davam etməsi mümkünlüyü müzakirə edilməkdədir. 


Qızılda ucuzlaşma sürətləndi. 

Əlvan metallar bazarlarında isə qızılın qiymətləri ucuzlaşmağa başlayıb və daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Ucuzlaşmasına səbəb isə qiymətin artıq cari maksimum səviyyələri ilə bütün mümkün faiz azalmalarını nəzərə almasıdır.