EUR, GBP və TRY bahalaşmaqda davam edir

12 Oktyabr 2017

Aparıcı valyutaların dollara nisbətən qiymətləri bahalaşmaqdadır.

EUR, GBP və TRY bahalaşmaqda davam edir

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.1875, GBP/USD məzənnəsi 1.3265$-a kimi bahalaşıb. Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 3.64TL-ə kimi ucuzlaşıb.

EUR/USD 1.19$, GBP/USD 1.34$-a kimi bahalaşa bilər. 

Təhlillər isə onu göstərir ki, avro 1.17$-ın üzərində qaldıqca, 1.1930$, funtun qiyməti 1.31$-ın üzərində qaldıqca, 1.3390$-a kimi bahalaşa bilər.

USD/TRY 3.61TL-ə kimi ucuzlaşa bilər. 

Türkiyə bazarlarında Dollar/Lirə məzənnəsi 3.66TL-nin altında qalmağa davam etdiyi təqdirdə, 3.61TL-ə kimi də ucuzlaşa bilər.

Brent nefti qiymətinin bahalaşması 58$-a kimi davam edə bilər. 

Enerji bazarlarda isə 56-57$ aralığında ticarət edilən Avropanın Brent markalı neftinin bir barel qiymətinin artım dalğası, 57.15$-a kimi də davam edərsə, qiymət 58.00$-a kimi də dəyər qazana bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da neft ehtiyatları ilə bağlı statistik məlumatlar açıqlanacaqdır və beləliklə, dünya birjalarında ticarət aktivliyinin daha da artması gözlənilir.