EUR, GBP və TRY-də növbəti korreksiya dalğası

07 Fevral 2018

Forex bazarlarında avro, funt sterlinq və lirədə korreksiya davam edir.

EUR, GBP və TRY-də növbəti korreksiya dalğası

Son bir neçə ay ərzində dünya iqtisadiyyatı ilə bağlı müsbət fundamental göstəricilərin açıqlanması, aparıcı valyutaların dollara nisbətən məzənnələrinin bahalaşmasına təsir etməklə yanaşı, nəticədə təzyiq altında qalan ucuz dollar fonunda ABŞ maliyyə nazirinin də bundan narahat olmadıqlarını bildirməsindən sonra bu tendensiya daha da gücləndi. Lakin son bir həftədir aparıcı valyutaların dollara nisbətən qiymətlərində korreksiyalar müşahidə edilir. 


Çərşənbə axşamı isə son bir həftənin minimum səviyyələrinin yenilənməsindən sonra Amerika sessiyasında avro, funt sterlinq və lirənin qiymətlərində 0.6%-lik bahalaşma olsa da, bu gün qiymətlərin bu göstəricini sıfırladığını və son bir həftənin minimum səviyyəsini qırdıqlarının şahidi oluruq. 


Maliyyə bazarlarında EUR/USD, GBP/USD və USD/TRY məzənnələrində korreksiyalar invetorların gələcək iki həftə ərzində açıqlanacaq önəmli fundamental məlumat öncəsi geri çəkilmələri ilə əlaqələndirilir. Bununla yanaşı,"BREXIT" danışıqları fonunda Avropa Birliyinin tələblərini gələcəkdə sanksiyaların tətbiqi imkanı ilə sərtləşdirməsi xəbərləri və Türkiyənin sərhədləri xaricində hərbi əməliyyatlarının ABŞ hərbiçiləri ilə mümkün toqquşması riskləri də investorların diqqət mərkəzində saxlanılmaqdadır. 


Texniki analizlərə əsasən, cari tendensiya EUR/USD qiyməti 1.2313$-ın altında qalarsa, 1.2182$, GBP/USD qiyməti 1.3836 altında qalarsa, 1.3679 və 1.3486$ və USD/TRY qiyməti isə 3.7889TL-ni yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 3.8047TL-ə kimi güclənə bilər.