EUR/JPY: 127 yen proqnozları güclənməkdə

25 Fevral 2019

Foreks bazarlarında Avronun Yaponiya yeninə nisbətən qiymətinin bahalaşması, treyderlərin diqqət mərkəzindədir və növbəti hədəf 127.05 yendir.

EUR/JPY: 127 yen proqnozları güclənməkdə

EUR/JPY məzənnəsində müşahidə edilən bahalaşma da bu gün treyderlərin diqqətini cəlb edib. Dünya valyuta birjalarında hal-hazırda 125.80 yenə ticarət edilən Avro/Yen məzənnənin bahalaşaraq, 2019-ci ilin maksimum səviyyəsini yeniləyə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, EUR/JPY valyuta cütlüyünün qiyməti 125.94 yeni yuxarı istiqamətdə qırarsa, 126.43 və 127.05 yenə kimi bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, işsizlik səviyyəsi istisna olmaqla Yaponiya iqtisadiyyatı inflyasiya və illik iqtisadi inkişaf dinamikası maddələrində Avrozonadan geri qalır.