EUR/JPY: 127 yenə kimi bahalaşma proqnozları güclənib

22 Fevral 2019

Foreks bazarlarında Avronun Yaponiya yeninə nisbətən qiymətinin bahalaşması treyderlərin diqqət mərkəzindədir və yaxın hədəf 125.94 yendir.

EUR/JPY: 127 yenə kimi bahalaşma proqnozları güclənib

EUR/JPY məzənnəsində müşahidə edilən bahalaşma da bu gün treyderlərin diqqətini cəlb edib. Dünya valyuta birjalarında hal-hazırda 125.70 yenə ticarət edilən Avro/Yen məzənnənin bahalaşaraq, 2019-ci ilin maksimum səviyyəsini yeniləyə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, EUR/JPY valyuta cütlüyünün qiyməti 125.70 yenin üzərində möhkəmlənərsə, 125.94 yenə kimi bahalaşa bilər. Sonuncu səviyyənin qırılması, məzənnənin 127.05 yenə kimi bahalaşma proqnozlarını da gücləndirəcəkdir. 


Qeyd etmək lazımdır ki, işsizlik səviyyəsi istisna olmaqla Yaponiya iqtisadiyyatı inflyasiya və illik iqtisadi inkişaf dinamikası maddələrində Avrozonadan geri qalır.