EUR/JPY məzənnəsi 127 yenə doğru bahalaşmaqda

28 Fevral 2019

Dünya birjalarında Avronun Yaponiya yeninə nisbətən qiymətinin bahalaşması, treyderlərin diqqət mərkəzindədir və növbəti hədəf 127.05 yendir.

EUR/JPY məzənnəsi 127 yenə doğru bahalaşmaqda

Dünya valyuta birjalarında avronun bahalaşması, EUR/JPY məzənnəsinin də treyderlərin diqqətini cəlb etməsinə səbəb olub. 126.42 yenə ticarət edilən Avro/Yen məzənnənin bahalaşaraq, 2019-ci ilin maksimum səviyyəsini yeniləyə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, EUR/JPY valyuta cütlüyünün qiyməti 125.50 yenin üzərində qaldıqca, 127.05 yenə kimi fə bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, işsizlik səviyyəsi istisna olmaqla Yaponiya iqtisadiyyatı inflyasiya və illik iqtisadi inkişaf dinamikası maddələrində Avrozonadan geri qalır.