EUR/JPY məzənnəsi 127 yenə kimi bahalaşdı

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında Avronun Yaponiya yeninə nisbətən məzənnəsi önəmli səviyyəyə - 127 yenə kimi bahalaşıb.

EUR/JPY məzənnəsi 127 yenə kimi bahalaşdı

EUR/JPY məzənnəsi son üç sessiyada 127 yenə kimi bahalaşaraq, son iki ayın maksimum səviyyəsini yeniləyib. Maliyyə bazarlarında cari səviyyələrdə güclü müqavimətin ola biləcəyi ehtimallari artsa da bahalaşmanın davam edə biləcəyi proqnozları da güclü olaraq qalır. 


Təhlillərə əsasən, Avro/Yen məzənnəsi 126.60 yenin üzərində qaldıqca, 127.69 yenə kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 14:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın istehsal sektorunda biznes aktivliyinə və inflyasiyasına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.