EUR/JPY məzənnəsində 1%-lik bahalaşma proqnozları

14 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində müşahidə edilən bahalaşma, EUR/JPY məzənnəsinə olan marağın da artmasına səbəb olub.

EUR/JPY məzənnəsində 1%-lik bahalaşma proqnozları

EUR/JPY məzənnəsində son günlər müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir. Beləliklə, maliyyə bazarlarında Avro/Yen valyuta cütlyünün qiymətində 1.7%-lik bahalaşma, növbəti artım dalğası proqnozlarını da gücləndirib. 


Təhlillərə əsasən, EUR/JPY məzənnəsi 126.26 yenin üzərində möhkəmlənərsə, 126.93 və 127.49 yenə kimi də bahalaşa bilər.