EUR/JPY məzənnəsində güclü bahalaşma dalğası

03 Aprel 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətlərində müşahidə edilən bahalaşma EUR/JPY məzənnəsinə olan marağı da artırıb.

EUR/JPY məzənnəsində güclü bahalaşma dalğası

EUR/JPY məzənnəsində Amerika sessiyasında sürətlənməyə başlayan artım dalğası, 126 yenə kimi davam edə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Avronun qiyməti 125.27 yeni yuxarı istiqamətdə qırarsa, 125.57 və 125.77 yenə kimi bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da yayımlanacaq Avrozonanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.