EUR/JPY məzənnəsində satışlar arta bilər

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətlərində müşahidə edilən korreksiya özünü Avro/Yen məzənnəsində də göstərməkdədir.

EUR/JPY məzənnəsində satışlar arta bilər

EUR/JPY valyuta cütlüyünün qiyməti bazar ertəsi 126.44 yenə kimi ucuzlaşdıqdan sonra 126.92 yenə kimi bahalaşıb. 


Lakin maliyyə bazarlarında məzənnənin ucuzlaşmaqda davam edə biləcəyi proqnozları güclü olaraq qalır. 


Təhlillərə əsasən, Avro/Yen məzənnəsi 126.44 yeni aşağı istiqamətdə qırarsa, 125.91 yenə kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir.