EUR/JPY qiymətində 730 punktluq gəlir imkanı

25 Sentyabr 2017

Dünya birjalarında EUR/JPY məzənnəsi Asiya sessiyasının dəstək səviyyəsini qırmaq üzrədir.

EUR/JPY qiymətində 730 punktluq gəlir imkanı

Bu gün Asiya sessiyasında EUR/JP məzənnəsi keçən həftənin önəmli dəstək səviyyəsi sayılan 133.49 yeni qırsa da, altında qalmadan, korreksiya edib. Hal-hazırda Avropa sessiyasında isə qiymətin yenidən ucuzlaşaraq 133.59 yenə ticarət olunduğunun şahidi oluruq. Avro/Yen qiyməti üzrə texniki təhlillər onu göstərir ki, eniş dalğası 133.43 yenin qırılması ilə daha da güclənə bilər. 

EUR/JPY qiyməti üzrə texniki təhlillərə əsasən, məzənnə 133.43¥-i aşağı istiqamətdə qırdıqdan sonra altında da qalarsa, 133.28¥ və 132.70¥-ə kimi də ucuzlaşa bilər. Uzun müddətli perspektivdə, məzənnənin 131.75¥-ə kimi də ucuzlaşa biləcəyi proqnozları güclənməkdədir. Bu ssenariyə uyğun olaraq isə risk səviyyəsi 970 punkta kimidir, yəni "stoplosslar" 134.40 səviyyəsində yerləşdirilə bilər. 

Qeyd etmək lazımdır ki, Almaniyada bazar günü keçirilən parlament seçkilərinin nəticələri də yeni həftənin ilk günündə avroya olan təzyiqləri artırmaqdadır.