EUR/JPY: Ucuzlaşma 126 yenə kimi davam edə bilər

04 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun yenə nisbətən məzənnəsi ucuzlaşdıqca, eniş dalğasının 126 yenə kimi gedə biləcəyi proqnozları da güclənməkdədir.

EUR/JPY: Ucuzlaşma 126 yenə kimi davam edə bilər

EUR/JPY məzənnəsi Asiya sessiyasında 127.37 yendən müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Foreks bazarlarında hal-hazırda 126.81 yenə ticarət edilən AVro/Yen valyuta cütlüyünün qiymətində ucuzlaşmanın dərinləşə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, EUR/JPY məzənnəsi 126.71 yeni aşağı istiqamətdə qırarsa, 126.22 yenə kimi ucuzlaşa bilər.