EUR: Növbəti eniş dalğası üçün 1.1826 önəmli səviyyədir

11 Yanvar 2018

Foreks: çərşənbə günü dollarda baş verən korrektiv ucuzlaşma növbəti bahalaşma ilə əvəzlənib və bu, digər valyutaların da ucuzlaşmasına təsir edib.

EUR: Növbəti eniş dalğası üçün 1.1826 önəmli səviyyədir

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.1956 - 1.1926$ arası dəhlizi aralığında ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət gələcək günlər ərzində yenidən 1.1926$-a kimi ucuzlaşaraq, bu səviyyənin altında qalmağa çalışacaqdır. Bu baş verərsə, eniş dalğası 1.1852$-a kimi sürətlənə bilər.

GBP/USD təzyiq altında. 

İngiltərə funt sterlinqi də təzyiq altındadır. 1.35$-nın altında ticarət edilən GBP/USD məzənnəsi 1.3481$-a kimi ucuzlaşarsa, 1.3416$-a kimi də ucuzlaşa bilər.

USD/TRY 3.86TL-ə kimi də bahalaşa bilər. 

Türkiyədə isə USD/TRY məzənnəsi artıq 3.80TL-ə kimi bahalaşıb. Qiymət 3.78TL-nin üzərində qalarsa, 3.86TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.