EUR, TRY yenidən ucuzlaşa, Brent 83$-a yüksələ bilər

18 May 2018

Dolların qiymətində bahalaşmanın davam etməsi, avro və lirəyə olan təzyiqləri daha da artıra bilər. Neftə olan tələb isə yüksək olaraq qalır.

EUR, TRY yenidən ucuzlaşa, Brent 83$-a yüksələ bilər

Avro 1.1762$-ı yenidən qıra biləcək?

Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi 1.18$ ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, avro yenidən 1.1762$-a kimi ucuzlaşarsa, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


USD/TRY: Yenidən bahalaşma. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi yenidən 4.50TL istiqamətində bahalaşmaqdadır. Hal-hazırda 4.46TL-nin üzərində ticarət edilən məzənnə 4.50TL-ni yuxarı istiqamətdə qırarsa, 4.52 və 4.56TL-ə kimi də bahalaşa bilər.


Brent nefti 83$-a kimi dəyər qazana bilər. 

Enerji bazarlarında isə neft qiymətləri artım dalğasına davam etməkdədir. 79$-ın üzərində təklif edilən Avropanın Brent markalı neftin bir barel qiyməti, bu səviyyəninin üzərində qaldıqca, 83$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.