EUR/USD: 1.11$-a kimi ucuzlaşma ehtimalları

01 Aprel 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində müşahidə edilən volatillik EUR/USD məzənnəsinə olan marağı yenidən artırıb.

EUR/USD: 1.11$-a kimi ucuzlaşma ehtimalları

Dünya maliyyə vazarlarında EUR/USD maliyyə alətindəki hərəkətlilik yenidən bazar iştirakçılarının diqqət mərkəzindədir.


EUR/USD maliyyə cütlüyü ötən həftəni təzyiq altında başa çatdırıb ki, bu da diqqətləri 1.1176 səviyyəsinə yönəldib.


Maliyyə bazarları iştirakçıları arasında 1.1110 minimumuna eniş riskləri hələ də qalmaqda davam edir.


Texniki olaraq qiyməti 1.1205 səviyyəsinin üzərində möhkəmlənməsi eniş ehtimallarını azaldır. Əks təqdirdə EUR/USD maliyyə aləti yeni mimumlarını yarada bilər ki, bunun üçün 1.1170-1.1175 səviyyələrinin aşağı istiqamətdə kəsilməsinin şahidi ola bilərik.