10.06.2019 EUR/USD 1.14$-a kimi bahalaşa biləcək?

10.06.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

10.06.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro aprel ayı maksimumlarında müqavimətlə rastlaşmaqda. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsinin aprel ayının maksimum səviyyələrində müqavimətlə rastlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, avronun məzənnəsi 1.13$-ın üzərində möhkəmlənərsə, 1.14$-a kimi də bahalaşa bilər.

Bu baxımından cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan açıqlanacaq sənaye istehsalına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.


Neft qiymətlərində bahalaşma. 

Dünyada iqtisadi və siyasi məsələlərin həllinə dair yayılan müsbət xəbərlər, enerji birjalarında da öz müsbət təsirini göstərməkdədir. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 59$-a kimi ucuzlaşdıqdan sonra yenidən 64$-a kimi dəyər qazanıb və 67$-a kimi dəyər qazana biləcəyi proqnozları da artmaqdadır.