EUR/USD 1.15$-a doğru bahalaşmaqda

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun məzənnələrində bahalaşmanın sürətlənməsi, 1.15$ proqnozlarının aktuallaşmasına səbəb olmaqdadır.

EUR/USD 1.15$-a doğru bahalaşmaqda

EUR/USD məzənnəsi bu gün Avropa sessiyasında 1.1366$-da dəstək görərək bahalaşıb və artıq foreks bazarlarında 1.14$-ın üzərində ticarət edilməkdədir. Maliyyə bazarlarında qiymətin 1.15$-a kimi bahalaşa biləcəyi proqnozları güclü idi.


Breksit danışıqları istiqamətində sonuncu dəfə Brüssel ilə London arasında yaxınlaşma, İtaliyadan inflyasiya ilə bağlı sürpriz göstəricilərin açıqlanması və foreks bazarlarında dolların ucuzlaşması, Avro/Dollar məzənnəsinə dəstək olan əsas amillərdir. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1362$-ın üzərində qaldıqca, 1.1441 və 1.1514$-a kimi bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın dördüncü rüb üzrə iqtisadi inkişaf səviyyəsinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.