EUR/USD 1.1446$-a kimi bahalaşa bilər

25 İyun 2019

Dolların aparıcı valyutalara qarşı dəyər itirməsindən sonra EUR/USD cütlüyünün 1.14 həddi üzərində çöhkəmlənmə cəhdləri davam edir.

EUR/USD 1.1446$-a kimi bahalaşa bilər

Hal-hazırda 1.14 həddini təkrar yuxarı istiqamətdə qırmağa çalışan məzənnənin 1.14 həddində müqavimətlə rastlaşması yenidən korrektiv dalğalanmanın başlamasına səbəb ola bilər.


1.14  həddinin qırılmaması və korreksiyanın dərinləşməsi cütlüyün 1.13458 və 1.13143 səviyyələrinə kimi ucuzlaşmasına səbəb ola bilər.


1.14 müqavimətinin qırılacağı təqdirdə isə bahalaşmanın 1.14462 həddinədək davam edəcəyi ehtimal edilir.