EUR/USD 1.1119$-a kimi ucuzlaşa bilər

08 Mart 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində müşahidə edilən sonuncu 1.3%-lik ucuzlaşma və gələcək proqnozlar investorların diqqət mərkəzindədir.

EUR/USD 1.1119$-a kimi ucuzlaşa bilər

EUR/USD məzənnəsi Avropa mərkəzi bankının cümə axşamı açıqladığı yeni siyasətinə dair qərarı və Avrozona üzrə iqtisadi inkişaf proqnozlarını 1.1%-ə kimi 0.6% azaltması fonunda 1.12$-a kimi ucuzlaşdı. Bununla da 2017-ci ilin yay aylarından etibarən önəmli dəstə səviyyəsi hesab edilən 1.1215$-ın aşağı istiqamətdə qırılması, eniş dalğasının davam edə biləcəyi proqnozlarını gücləndirib.


Təhlillərə əsasən, 1.1175$-a kimi ucuzlaşdıqdan sonra Asiya sessiyasında 1.1208$-a kimi korreksiya edən məzənnə, 1.1171$-ı aşağı istiqamətdə qırarsa, 1.1139 və 1.1119$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Baki vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.