EUR/USD "Buğaların hücumuna" məruz qala bilər

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında treyderlər avronun 1.1340$ ətrafında necə hərəkət edəcəyini gözləyirlər.

EUR/USD "Buğaların hücumuna" məruz qala bilər

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi artıq 1.13$-a ticarət edilməkdədir. Bu dünya bazarlarında dolların bahalaşması ilə əlaqələndirilir. 


Amerika prezidentinin son zamanlar nikbin açıqlamaları və siyasi addımları və yayımlanan fundamental məlumatlarla ABŞ iqtisadiyyatının daha yaxşı mövqedə olması amili, dollara olan tələbin artmasına səbəb olur. Yanvar ayında Amerika Mərkəzi Bankının (FED) ehtiyatlı mövqeyi bazar iştirakçılarında təşvişə səbəb olsa da sonradan nikbinliyin yenidən artdığının şahidi oluruq. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi son bir həftə ərzində 1.1331$-a kimi 1.6% ucuzlaşdıqdan sonra 1.1340$-ın altında qaldıqca, 1.1289$-a kimi də ucuzlaşa bilər. Lakin nəzərə almaq lazımdır ki, avro/dollar valyuta cütlüyünün qiyməti cari səviyyələrdə "Buğaların hücumuna" məruz qala bilər. 1.1340$ səviyyəsi avronun eniş istiqamətində hərəkəti üçün önəmli sınaqdır.