EUR/USD cütlüyü yeni hədəflər yaradıb

04 Fevral 2019

Dünya birjalarında Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəricilərdən sonra EUR/USD məzənnəsində ticarət dəhlizi 500 punkt genişlənib.

EUR/USD cütlüyü yeni hədəflər yaradıb

Birjalar yeni həftənin başlanğıcını ciddi bir canlanma olmadan qarşılayıblar. Ticarət həcmləri kiçik olaraq qalıb və əksər Asiya bazarlarının bu həftə işləməyəcəyi nəzərə alınarsa, bu vəziyyətin həftə boyu davam edəcəyini proqnozlaşdırmaq olar. 


Keçdiyimiz həftə ABŞ-dan açıqlanan “NFP” xəbəri də bazarda müvəqqəti hərəkətliliyə səbəb olub. 


EUR/USD cütlüyü xəbər açıqlandığı gün ərzində 1.1435-1.1485 hədləri arasında ticarət edildi. Hal-hazırda bu aralıqda ticarət olunan EUR/USD cütlüyü üçün 1.1405 həddi müqavimət nöqtəsi hesab edilir ki, o hədlərdən aşağı doğru istiqamətlənəcəyi təqdirdə, növbəti hədəfləri 1.1405 və 1.1375 hədləri hesab olunur. Əks təqdirdə, qiymət 1.1485 və 1.1515 hədlərini yenidən yoxlaya bilər.