EUR/USD: Dəstək səviyyələri qırılmaqda

05 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində müşahidə edilə bahalaşma çərşənbə axşamı da davam etməkdədir və avro həftənin minimumu yenilədi.

EUR/USD: Dəstək səviyyələri qırılmaqda

EUR/USD məzənnəsi ucuzlaşaraq, bazar ertəsinin önəmli dəstək səviyyəsini qırıb. Beləliklə, hal-hazırda 1.1422$-a ticarət edilən Avro/Dollar valyuta cütlüyünün qiyməti, növbəti önəmli dəstək səviyyəsinə - 1.1405$-a doğru ucuzlaşmaqdadır. 


Dünya valyuta birjalarında son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərin ABŞ-dan açıqlanan müsbət fundamental göstəricilər fonunda dəstək alaraq, 0.8% bahalaşması, avronu da ucuzlaşmasına səbəb olurdu. Belə ki, cümə günü Amerikanın əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi günün maksimum səviyyəsi - 1.1440$-ın altında qaldıqca, 1.1405$-a kimi ucuzlaşa bilər. Qiymət sonuncu səviyyənin də altında qalarsa, eniş dalğası 1.1375$-a kimi də davam edə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00, 13:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozona, Böyük Britaniya və ABŞ-ın xidmət sektorları ilə bağlı önəmli fundamental məlumatların da birjalarda ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir.