EUR/USD 1.0940$-a kimi ucuzlaşa bilər

07 Oktyabr 2019

Amerikadan iqtisadi göstəricilərin Avropa iqtisadiyyatı ilə müqayisədə daha yaxşı açıqlanması, EUR/USD məzənnəsinə olan təzyiqləri artırır.

EUR/USD 1.0940$-a kimi ucuzlaşa bilər

Həftə sonu Amerikadan işsizlik səviyyəsi ilə bağlı iqtisadi göstəricinin 3.7% gözlənildiyi halda, 3.5% açıqlanmasından sonra dollar birjalarda möhkəmlənməyə başladı. 

Bu isə EUR/USD cütlüyünün 1.0955 dollar kimi ucuzlaşmasına səbəb oldu. Asiya sessiyasında nisbətən dəyər qazanan avro, Avropa sessiyasında yenidən dollar qarşısında ucuzlaşmağa davam edir. Hazırda EUR/USD 1.0965$ olaraq ticarət olunur. Qiymət 1.0960 həddini qıra bilsə, ucuzlaşmanın 1.0940 dollara  qədər davam etməsi proqnozlaşdırılır. 

Əlavə olaraq qeyd etmək lazımdır ki, son zamanlar investorların əsas diqqət mərkəzi ABŞ və Çin arasında olan ticaərət müharibəsinə yönlənib. 10 Oktyabr tarixindən etibarən yenidən danışıqlara başlanılacağı gözlənilir. Gözləntiləri nəzərə alsaq, hər hansı bir sövdələşmənin olma ehtimalı azdır. Bu isə həftə ərzində EUR/USD cütlüyündə kifayət qədər volatillik olacağına siqnal verir.