EUR/USD: Eniş dalğası sürətləndi

04 Fevral 2019

Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, özünü EUR/USD məzənnəsində də göstərir.

EUR/USD: Eniş dalğası sürətləndi

EUR/USD məzənnəsi Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın sürətlənməsi ilə önəmli dəstək səviyyəsini qırıb. 


ABŞ dolları cümə günü açıqlanan fundamental göstəricilərlə dəstəklənməkdədir. Belə ki, əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. 


Təhlillərə əsasən, EUR/USD valyuta cütlüyünün qiyməti 1.1460$-ın altında qaldıqca, 1.1405$-a kimi də ucuzlaşa bilər.