EUR/USD: Kontenin çıxışı öncəsi zəif dalğalanma

12 Fevral 2019

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsində dalğalanma zəifləsə də yenidən güclənə biləcəyi proqozlaşdırılır.

EUR/USD: Kontenin çıxışı öncəsi zəif dalğalanma

EUR/USD məzənnəsində son günlər müşahidə edilən eniş dalğası fonunda dinamika zəifləsə də əlavə olaraq, 0.4% də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankı (AMB) kimi Avropa komissiyasının da Avrozona iqtisadiyyatının yavaşlaya biləcəyini və nflyasiyanın aşağı olacağına dair proqnozları avroya qarşı təzyiqləri artırmışdır. Bununla yanaşı, dünya iqtisadiyyatındaki durğunluğun da Avrozona iqtisadiyyatında mənfi təsirləri də sonuncu açıqlanan göstəricilərdə özünü göstərməkdədir. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1257$-ı aşağı istiqamətdə qırarsa, 1.1233$-a kimi də ucuzlaşa bilər. 1.1215$-ın da qırıla biləcəyi ehtimalları gündəmdədir. 


Bu gün Bakı vaxtı ilə saat 20:00-da İtaliyanın baş naziri Güzeppe Kontenin də çıxışı treyderlərin diqqət mərkəzindədir. Kontenin Ştrazburqda Avropa parlamentində Avropa Birliyinin gələcək roluna dair açıqlamalar verəcəyi gözlənilir. Onun ölkəsi üçün hansı Avropa siyasətini üstün tutması ilə bağlı açıqlamaları böyük maraqla gözlənilməkdədir. 


Qeyd etmək lazımdır ki, 2018-ci ildə İtaliya höküməti ilə Brüssel arasında yaranmış yeni büdcə planı fonunda böhran həll olunsa da AB-yə qarşı hökümətin təkrar hücumları Fransının səfirliyini geri çağırması ilə nəticələnmişdi. Konte hökümətinə qarşı antiavropa siyasəti iddiaları var. Konte isə bunu qəbul etmir. İtaliya Avropa Birliyində ciddi dəyişiklər tələb edir, xüsusilə də miqrant, iqtisadiyyat və vergi sahələrində.