EUR/USD: Korreksiya davam edə bilər

11 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avronun qiymətində müşahidə edilən korreksiya ilə yanaşı, əməliyyat həcmlərində artım da diqqət mərkəzindədir.

EUR/USD: Korreksiya davam edə bilər

"CME Gropu" verdiyi açıqlamaya əsasən, avro fyuçersləri üzrə alış əməliyyatlarında çərşənbə axşamı müqavilələr 25.3 min artıb. Bu isə iyunun 12-dən sonra ən yüksək və dördüncü artımdır. 

Həcmlər üzrə isə müqavilələr 257.4 min artıb ki, bu da iyunun ortalarından etibarən ən yüksək artım hesab edilir. 

EUR/USD məzənnəsində çərşənbə axşamı alış və əməliyyat həcmlərinin artması ilə üfüqi korreksiya davam edib. Burada artımın davam etməsi ehtimalları yüksək olmaqla yanaşı, cümə axşamı Avropa Mərkəzi Bankının açıqlayacaq önəmli qərarlar öncəsi güclü dəyişikliyin olmayacağı da yüksək qiymətləndirilir.